Ana Sayfa > Karusel / Hadisə > Hesab üstündə bıçağı kafe sahibinin sinəsinə sancdı - Qazaxda ŞOK CİNAYƏT

Hesab üstündə bıçağı kafe sahibinin sinəsinə sancdı - Qazaxda ŞOK CİNAYƏT


11-08-2023, 14:48. Yazar: Xeberaz

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb.

Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib.

Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.


Geri dön