Ana Sayfa > Karusel / Gündəm > Anomal istilər nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

Anomal istilər nə vaxta qədər davam edəcək? – AÇIQLAMA


9-08-2023, 13:57. Yazar: Xeberaz

"Ölkə ərazisində müşahidə olunan isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək”

Bunu  açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.


O bildirib ki, cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində yaranan yüksək temperatur avqust ayının ortalarına qədər davam edəcək:



"Havanın maksimal temperaturu Bakıda və Abşeron yarmadasında 35-40, bəzi yerlərdə 41-42, bölgələrdə 37-41, Mərkəzi Aran və Naxçıvan MR-da 43-44, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq.

 
Bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz saatlarında əsasən dağlıq ərazilərdə qısa müddətli şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Bu hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək”.

Geri dön