Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosunda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

Bakı metrosunda nasazlıq yarandı - Sərnişinlər düşürüldü


9-08-2023, 09:31. Yazar: Xeberaz

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə qatar verilib.


Geri dön