Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Şamaxıda avtobus qəzaya uğradı - Xəsarət alanlar var (YENİLƏNİB)

Şamaxıda avtobus qəzaya uğradı - Xəsarət alanlar var (YENİLƏNİB)


8-08-2023, 14:59. Yazar: Xeberaz

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.


Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.

Faktla bağlı araşdırma aparılır.


Geri dön