Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlumun..."

Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlumun..."


7-08-2023, 09:55. Yazar: Xeberaz

Avtomobil qəzasında nəvəsini itirən şairə Cığatel İsaqızı açıqlama verib.

O, oğlunun vəziyyəti ilə bağlı "Sherg.az"a danışıb.

"Öldüm. Balam lay-lay. Nəvəmin birini itirdim. Oğlum da əməliyyat olunacaq. Qırığı, sınığı var", - deyə, o bildirib.


Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Cığatel də xəsarət alıb.



Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.


Geri dön