Ana Sayfa > Karusel / Hadisə > Bakıda sığınacağa edilən hücumun səbəbi məlum oldu - YENİLƏNİB (VİDEO)

Bakıda sığınacağa edilən hücumun səbəbi məlum oldu - YENİLƏNİB (VİDEO)


6-08-2023, 18:16. Yazar: Xeberaz

Bakıda sığınacağa edilən hücumun səbəbi məlum oldu - YENİLƏNİB (VİDEO)
17:42 06-08-2023
 
HADİSƏ

Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridirlər. “Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamağı, təhsil almağı haqqına sahibdirlər. Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək münaqişə yaradanları ərazidən uzaqlaşdırdı və barələrində araşdırma aparılacaq”, - deyə K.Ağazadə qeyd edib.


Geri dön