Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > Məhərrəm ayı ilə bağlı insanlara saxta pulla “yardım” edən dələduz ələ keçdi - FOTO

Məhərrəm ayı ilə bağlı insanlara saxta pulla “yardım” edən dələduz ələ keçdi - FOTO


4-08-2023, 14:09. Yazar: Xeberaz



Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Vüsal Tahir oğlu Əmrahov olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb. 

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Məqaləyə dair fotomateriallar:




Geri dön