Ana Sayfa > Karusel / Gündəm > Leysan yağış, külək, 31 dərəcə isti... - Sabahın hava proqnozu

Leysan yağış, külək, 31 dərəcə isti... - Sabahın hava proqnozu


29-07-2023, 14:50. Yazar: Xeberaz

İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.



Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Geri dön