Ana Sayfa > Karusel / Hadisə > Bakıda 11 azyaşlının dini yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs həbs olundu

Bakıda 11 azyaşlının dini yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs həbs olundu


29-07-2023, 10:56. Yazar: Xeberaz

Sabunçu rayonu, Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs həbs olunub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.

Geri dön