Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Bu ərazilərdə avtomobillərin parklanması ödənişsiz olacaq

Bu ərazilərdə avtomobillərin parklanması ödənişsiz olacaq


25-07-2023, 14:25. Yazar: Xeberaz

Bu ərazilərdə avtomobillərin parklanması ödənişsiz olacaq


Bakı, Sumqayıt və Gəncədə avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.

Belə ki, Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq. Gəncə və Sumqayıt şəhərlərində isə II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş nəzərdə tutulmayıb.

Ölkənin digər şəhərlərində isə zona prinsipi tətbiq olunmayıb və bu şəhərlərdə avtomobillərin parklanması ödənişsiz olacaq.



Geri dön