Ana Sayfa > Karusel / Hadisə > Bakıda iki sərnişin avtobusu toqquşdu - Xəsarət alanlar var

Bakıda iki sərnişin avtobusu toqquşdu - Xəsarət alanlar var


24-07-2023, 10:51. Yazar: Xeberaz

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

"İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.
Hazırda faktla bağlı araşdırma aparılır.

Geri dön