Ana Sayfa > Karusel / Səhiyyə > Soyuducunun qapısına süd və yumurta qoymaq olmaz - SƏBƏB

Soyuducunun qapısına süd və yumurta qoymaq olmaz - SƏBƏB


23-07-2023, 10:54. Yazar: Xeberaz

Məhsulların düzgün saxlanmaması onların tez xarab olmasına və nəticədə zəhərlənməyə səbəb ola bilər.

Bir çoxları məhsulları tələb olunan qaydada saxlamır. Bu da nəticədə onların keyfiyyətinə mənfi təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, soyuducuda bəzi məhsulların bunun üçün xüsusi yerlərdə olması lazımdır. 

Soyuducunun müxtəlif sahələri fərqli temperaturlarda olur və buna görə məhsulları bu rəflərə qoyarkən diqqətli olmaq lazımdır.

Soyuducuda elə yerlər var ki, bəzi məhsulların ənənəvi yeri hesab olunur. Ancaq təəssüf ki, həmin yerlər onlar üçün qətiyyən uyğun deyil. Xüsusilə, insanların əksəriyyəti soyuducunun qapısındakı yan rəflərdən tamamilə məqsədsiz şəkildə istifadə edir. Ancaq bilmək lazımdır ki, soyuducunun qapısını tez-tez açdığımız üçün bu rəflərdə saxlama temperaturu daim pozulur. Bu səbəbdən orada süd və süd məhsulları saxlanılmamalıdır. Həmçinin qapı rəfinə yumurta da qoymaq olmaz.

Mütəxəssislər yumurta və süd məhsullarının soyuducunun orta rəflərində saxlamaq lazım olduğunu bildiriblər.

Orada onlar üçün ideal şərait yaradılıb. Qapı isə ədviyyat və sousların saxlanması üçün istifadə etmək daha yaxşıdır.




Geri dön