Ana Sayfa > Karusel / Şou-Biznes / Gündəm > "Valideynlərinin məzarını selfi üçün ziyarət edirsən?"

"Valideynlərinin məzarını selfi üçün ziyarət edirsən?"


22-07-2023, 11:57. Yazar: Xeberaz

Aparıcı Mətanət Əliverdiyeva insanların məzarlıqda şəkil çəkdirərək sosial şəbəkədə paylaşmasına münasibət bildirib.

O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. Aparıcı bunu doğru hesab etmədiyini vurğulayıb:

"Qəbiristanlığa valideynlərini ziyarətə gedirlər. Arxada qəbir daşı, selfi edirlər. Yazırlar ki, anamı ziyarət etdim. Kimə lazımdır bu? Valideynlərinin məzarını selfi üçün ziyarət edirsən? Bu mənə çatmır".




Geri dön