Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > 13 yaşlı uşağı xilas edən polis əməkdaşı həyatını itirdi - Naxçıvanda BƏDBƏXT HADİSƏ - FOTO

13 yaşlı uşağı xilas edən polis əməkdaşı həyatını itirdi - Naxçıvanda BƏDBƏXT HADİSƏ - FOTO


22-07-2023, 11:27. Yazar: Xeberaz



Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib.

Bu barədə Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası-1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.


Uzunoba gölündə uşağı xilas edən polis əməkdaşı həlak oldu-FOTO







 

Geri dön