Ana Sayfa > Karusel / Hadisə > Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu - Növbəti HOVUZ FACİƏSİ

Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu - Növbəti HOVUZ FACİƏSİ


21-07-2023, 12:44. Yazar: Xeberaz



Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.

Hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda 3 yaşlı uşağın boğulma faktı qeydə alınmışdı.




Geri dön