Ana Sayfa > Karusel / Gündəm > Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ


16-07-2023, 13:24. Yazar: Xeberaz



İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.




Geri dön