Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ağır qəza: Polis əməkdaşı öldü, 7 nəfər yaralandı

Azərbaycanda ağır qəza: Polis əməkdaşı öldü, 7 nəfər yaralandı


16-07-2023, 10:45. Yazar: Xeberaz

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pojero” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan 7 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan ikisi azyaşlıdır.

Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

Faktla bağlı araşdırma aparılır. 


Geri dön