Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda dəhşətli hadisə: istirahətə gedən 14 yaşlı qız çayda boğuldu

Azərbaycanda dəhşətli hadisə: istirahətə gedən 14 yaşlı qız çayda boğuldu


15-07-2023, 10:46. Yazar: Xeberaz

Samuxda bədbəxt hadisə baş verib.


Haisə rayonun Yeni Kənd kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2009-ci il təvəllüdlü Aysel Süleymanova Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb.

Nəticədə 14 yaşlı qız boğularaq vəfat edib.

Meyit Kürdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, yeniyetmə qız ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.az

Geri dön