Ana Sayfa > Karusel / Gündəm > Güclü külək əsəcək, leysan olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, leysan olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ


14-07-2023, 18:34. Yazar: Xeberaz



Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

İyulun 16-dan 17-si səhərədək  şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.  16-sı əsasən səhər və axşam, 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli  intensiv olacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə  5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq.

Bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-dək  ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir  leysan xarakterli yağış  yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.



Geri dön