Ana Sayfa > Karusel / Hadisə > Yuxarı Qarabağ kanalında 1 nəfər BATDI

Yuxarı Qarabağ kanalında 1 nəfər BATDI


13-07-2023, 11:45. Yazar: Xeberaz

Yuxarı Qarabağ kanalında 1 nəfər BATDI


Yuxarı Qarabağ kanalında 1 nəfər batıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.


Geri dön