Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Bina sakinlərinin NƏZƏRİNƏ: Bu kommunal xidmətin qiyməti artdı

Bina sakinlərinin NƏZƏRİNƏ: Bu kommunal xidmətin qiyməti artdı


13-07-2023, 11:10. Yazar: Xeberaz



Bakıda bəzi bina sakinlərinə "Azəristiliktəchizat" ASC tərəfindən bildiriş gəlib.

Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən dəyişiklik edildiyi qeyd edilib.

Məsələ ilə bağlı açıqlama verən "Azəristiliktəchizat" ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.

"Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir", - deyə o qeyd edib.




Geri dön