Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda ŞOK: Səs-küy salan qonşusunu öldürdü - FOTO

Bakıda ŞOK: Səs-küy salan qonşusunu öldürdü - FOTO


12-07-2023, 10:36. Yazar: Xeberaz



12.07.2023

08:07

Şahlar Qasımovun qətlinin bəzi təfərrüatları məlum olub.

Şahlar Qasımov ilə Cavanşir Əliyev Novxanı qəsəbəsində qonşu olublar.

Belə ki, Xan Şuşinski küçəsində Şahlar Qasımov özünə məxsus fərdi yaşayış evinin təmiri ilə məşğul olurmuş. Bu zaman Cavanşir Əliyev digər tanışları ilə birgə Ş.Qasımova məxsus evin qarşısında dayanıb. C.Əliyev Ş.Qasımova evin təmiri zamanı səs-küyə etiraz edib. Bu zaman tərəflər arasında dava düşüb. Dava zamanı C.Əliyev Ş.Qasımovun bud hissəsinə bıçaq zərbəsi vurub. Ş.Qasımov qanitirmədən dünyasını dəyişib.

-----------------

11.07.2023

22:46

İyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

 APA

Məqaləyə dair fotomateriallar:




Geri dön