Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Verilişə gələn dilənçinin evindən 200 minlik qızıl çıxdı"

"Verilişə gələn dilənçinin evindən 200 minlik qızıl çıxdı"


11-07-2023, 17:38. Yazar: Xeberaz

"Verilişə gələn dilənçinin evindən 200 minlik qızıl çıxdı"
+

Aparıcı Elgiz Əkbər verilişinə müraciət edən bir qadından danışıb. 

Bu haqda "Elgizlə izlə"də danışan aparıcı qadının dilənçilik etdiyini, amma evində 200 min dəyərində qızıl saxladığını söyləyib:

"Süpürgəçi idi, hərdən gedib Təzə bazarın yanında dilənirdi. Qonşuları ilə söz-söhbəti düşüb. Getdik evinə yardıma. Qadın dünyasını dəyişmişdi. Bizim məqsədimiz çəkilişə getmək idi. Evə baxış keçirildi, 2 kiloqram qızıl tapıldı. 70 yaşı var idi, qızılları xərcləməyib yığıb. 200 minlik qızıl idi. Adam həyatını yaşamayıb. Öldü getdi, sözümü deyə bilmədim. Deyə bilmədim ki, nə üçün yaşamısan bu dünyada? Ərə gedən, uşaq dünyaya gətirən deyilsən, nə edirsən bunu? 200 minlik qızılın var, sat yaşa. Evini təmir etdir, dünyanı gəz".

SON XƏBƏRLƏR




Geri dön