Ana Sayfa > Karusel / Hadisə > Ağcabədidə toyda 34 nəfər zəhərlənib - 11-i uşaq olub

Ağcabədidə toyda 34 nəfər zəhərlənib - 11-i uşaq olub


10-07-2023, 11:03. Yazar: Xeberaz


Ağcabədidə toyda zəhərlənənlərdən 11-i uşaq olub.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib. Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

---------
09:44

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.

 Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.

Onlar xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.



Geri dön