Ana Sayfa > Karusel / Hadisə / M2 / Fotogalereya > “Qriqoryan özü etiraf elədi ki,..”

“Qriqoryan özü etiraf elədi ki,..”


26-03-2015, 12:32. Yazar: Xeberaz
“Qriqoryan özü etiraf elədi ki,..”
Politoloq Ərəstun Oruclu Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin "əsir" adlandırılmasına etiraz edib.


Xeberaz.az "Qafqazinfo"-ya xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb:

"Azərbaycan tərəfə keçmiş erməni əsgər Andranik Qriqoryanla bağlı ölkə telekanalları ən savadsız təcrübə və ənənələrini ortaya qoydular. Əvvəla, Qriqoryanın telekanallarda əsir kimi təqdim edilməsi nə hüquqi, nə də təbliğat baxımından düzgün deyil. İkincisi, belə yanaşma bizim maraqlarımıza ziddir. Qriqoryan özü etiraf elədi ki, erməni silahlı qüvvələrində onun durumunda olan xeyli digər əsgərlər də var və belə olan halda onun görüntüləri altında "əsir" sözünü yazmaq heç bir məntiqlə izah edilən deyil. Bununla erməni təbliğatına rəvac verilir ki, Qriqoryanın qaçışını təkrar etmək istəyənləri bu hərəkətdən çəkindirmək üçün belə yanlışlıqlardan istifadə eləsin. Hüquqi baxımdan "əsir" statusu döyüş zamanı qarşı tərəfdən tərksilah edilərək diri götürülmüş və ya konkret hərbi situasiyada həyatını xilas etmək məqsədilə təslim olmuş hərbçiyə şamil edilə bilər, Qriqoryan isə növbə çəkdiyi postu atıb, ağ bayraq qaldırıb və könüllü olaraq Azərbaycan tərəfə keçib. Belə hərbçiyə rus hərbi hüququnda "перебежчик" və ya "дезертир" deyilir ki, bu da tamamilə fərqli hüquqi statusdur. Qısası, istənilən müharibənin çox önəmli taktiki tərəflərindən biri də informasiya müharibəsidir ki, bunu da aparmaq üçün heç olmazsa bir azca ağıllı olmaq adətən mane olmur".
Geri dön