Ana Sayfa > Karusel / Gündəm / Texnologiya > “Threads” tarixdə ən sürətlə inkişaf edən proqram oldu

“Threads” tarixdə ən sürətlə inkişaf edən proqram oldu


7-07-2023, 11:52. Yazar: Xeberaz



"Instagram"ın "Twitter"ə rəqib olmaq üçün başlatdığı yeni sosial şəbəkə "Threads", bir neçə saat ərzində tarixin ən sürətlə böyüyən tətbiqi olub.

"Meta"nın rəhbəri Mark Zukerberq "Threads" hesabında "Threads"in cəmi 7 saat ərzində 10 milyon istifadəçiyə çatdığını açıqlayıb. Bu, "Threads"ı tarixdə ən sürətlə böyüyən istehlakçı proqramı edib.

Bir neçə ay əvvəl bu başlıq "ChatGPT"ə məxsus idi. Süni intellektli chatbot "ChatGPT" 2 ay ərzində 100 milyon istifadəçiyə çataraq ən sürətlə böyüyən tətbiq olub.

"ChatGPT"nin 10 milyon istifadəçiyə çatması 40 gün çəkib. "Instagram" isə 2 ay yarım ərzində 1 milyon istifadəçiyə çata bilib.




Geri dön