Ana Sayfa > Karusel / Gündəm > Hava ilə bağlı xəbərdarlıq - İntensiv yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Hava ilə bağlı xəbərdarlıq - İntensiv yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək


4-07-2023, 16:50. Yazar: Xeberaz

İyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Geri dön