Ana Sayfa > Karusel / Şou-Biznes > "Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə otururlar"

"Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə otururlar"


4-07-2023, 16:48. Yazar: Xeberaz

Aparıcı Rövşanə Ağasəfqızı qızlara qoyulan qadağalardan, yaşanan ayrıseçkilikdən danışıb.

Aparıcı Rövşanə Ağasəfqızı aparıcısı olduğu verilişində qızlara qoyulan qadağa və oğlanlarla müqayisədə ayrıseçkiliklərin yaşandığını bildirib.

O bildirib ki, cəmiyyət ailə qurmadan münasibətdə olan qadınlara əxlaqsız kimi yanaşır:

"30 yaşlı qız ailə həyatı qurmayıb, nə etməlidir? Qızın bu yaşda uşaq dünyaya gətirmə istəyi belə dəhşət qarşılanır. Toy etməmisən, necə uşaq dünyaya gətirə bilərsən? Yalandan get toy et, birini gətir otuzdur yanında. Oğlan uşağı azaddır. Qız bu cür addım atsa, gizlin etməlidir. Açıq-aşkar etsə, gətirib əxlaqa bağlayacaqlar. 30 yaşı var, qadın addım atsa, cəmiyyət daşlayacaq. 25-30 yaşındakı bir qadın ailə qurmayıbsa, qadının dünyaya uşaq gətirməsi, kiminləsə münasibət qurması olmaz. Bəzən yalandan don geyindiririk. Öz həyatını yaşayanlar var. "El-aləm nə deyər" düşüncəsi ilə gizli edilir. Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə oturanlar var. Bu yalanı niyə sırıyırıq axı?", - deyə o,  öz etirazını bildirib.
 

Geri dön