Ana Sayfa > Karusel / Hadisə > Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var

Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var


1-07-2023, 10:07. Yazar: Xeberaz

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Çaylı kəndi ərazisində "Nissan” və "Ford” markalı avtomobillər toqquşub.

Nəticədə "Nissan”da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.

Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.

Hadisə nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri dön