Ana Sayfa > Karusel / Maraqlı > Ağcaqanadlar ən çox bu qan qrupuna malik insanlara hücum edir

Ağcaqanadlar ən çox bu qan qrupuna malik insanlara hücum edir


29-06-2023, 10:39. Yazar: Xeberaz



Havalar istiləşdikcə ağcaqanadların sayı çoxalır. Bu da hamı üçün əsl narahatlığa çevrilir. Araşdırmalara görə, B qan qrupu olan insanları ağcaqanadların sancması ehtimalı aşağıdır, lakin bu, digər qan qrupları üçün o qədər də yaxşı xəbər deyil.

Ağcaqanadlar da müəyyən qan qruplarına üstünlük verirlər. Ən çox O(I), sonra A(II) qan qrupunu xoşlayır, B(III) qan qrupunu isə daha az sevirlər. Tədqiqat da bunu təsdiqləyir: O (I) qan qrupu qansoranların sevimlisidir.

Tədqiqat qrupu müxtəlif qan qrup­larından 64 nəfəri araşdıraraq ağcaqanadların kimlərə hü­cum etdiyini öyrənib. Nəticədə, O(I) qan qrupu uçan həşəratların ən çox hücum etdiyi hədəf olub.

Dişləmə üçün başqa bir risk cins amili ola bilər. Ağcaqanad­lar daha çox qadınları dişləyir.




Geri dön