Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Tüstüləyən torbanı tapdalayıb söndürmək istədi: İçindən yanmış insan başı çıxdı - FOTO

Tüstüləyən torbanı tapdalayıb söndürmək istədi: İçindən yanmış insan başı çıxdı - FOTO


28-06-2023, 15:41. Yazar: Xeberaz

Rusiyanın Leninqrad vilayətində qorxunc hadisə baş verib. Belə ki, sakinlərdən biri itiylə gəzərkən içərisində insan başı və digər bədən hissələri olan bağlama tapıb.

Hadisə Sertolovo şəhərində baş verib.

38 yaşlı sakininin sözlərinə görə, bağlamanı evindən bir qədər aralıda meşədə tapıb. Torba tüstülənirmiş, kişi də otların alışmaması üçün onu söndürmək qərarına gəlib. Bu zaman yanmış baş ayağının altına yuvarlanıb.

O, dərhal hüquq - mühafizə orqanlarına xəbər verib.

Qalıqlar ekspertizaya göndərilib, mərhumun şəxsiyyəti müəyyənləşdirilir.


Məqaləyə dair fotomateriallar:




Geri dön