Ana Sayfa > Karusel / Gündəm / İbadət > "Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə..."

"Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə..."


28-06-2023, 11:11. Yazar: Xeberaz

Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir məhdudiyyət və yaxud da qadağa yoxdur.

Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

"Amma biz tövsiyə edirik ki, bir dəfə getdikdən sonra digər Həcc səfərlərinin əvəzinə, maddi ehtiyacı olan şəxslərə yardım edilsin. İndi bəzi insanlar bir neçə dəfə Həcc ziyarətinə getməklə yanaşı, həm də ehtiyacı olan insanlara yardım edirlərsə də, bu da normaldır", - Fuad Nurullayev əlavə edib.




Geri dön