Ana Sayfa > Karusel / Hadisə > Naxçıvanda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi məlumat

Naxçıvanda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi məlumat


26-06-2023, 11:31. Yazar: Xeberaz

5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi məlumat - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi Naxçıvanda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəKəngərli rayonunun Xok kəndində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volkswagen” və “Hyundai” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində 5 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə, 3 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib.

***


Geri dön