Ana Sayfa > Karusel / Hadisə > Bakıda qadın “BMW” ilə moped sürücüsünü vurub öldürdü

Bakıda qadın “BMW” ilə moped sürücüsünü vurub öldürdü


23-06-2023, 10:33. Yazar: Xeberaz

Bakıda qadın “BMW” ilə moped sürücüsünü vurub öldürdü


Bu gün saat 04 radələrində Bakıda ağır yol qəzası baş verib.

1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində mopedi vurub.

Nəticədə mopedi sürən 28 yaşlı Səmədov Kamran Əlsəfa oğlu hadisə yerində ölüb.

Faktla bagli Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.


Geri dön