Ana Sayfa > Karusel / Dünya / M2 > 26 il əvvəl 15 yaşındakı qızı öldürən məhkum edam edilib
26 il əvvəl 15 yaşındakı qızı öldürən məhkum edam edilib3-09-2015, 00:40. Yazar: Xeberaz |
ABŞ-ın Missuri ştatında 26 il əvvəl 15 yaşındakı qızı öldürən məhkum edam edilib. 50 yaşlı Roderick Nunley Bonne-Terre şəhərindəki Missuri Əyalət Həbsxanasında ölümcül dərman verilərək öldürülüb. Nunley sözügedən əyalətdə bu il edam edilən altıncı məhkum olub. Qeyd edək ki, 1989-cu ildə Nunley və dostu Michael Taylor Kansas City məktəb avtobusunu gözləyən Ann Harrisonu qaçırmışdı. O, həm də 15 yaşlı qızı zorlamaq və öldürməkdə günahlandırılmışdı. İki dosta 1991-ci ildə edam hökmü verilmişdi. Missuri valisi Jay Nixon Nunley və Taylor əfv müraciətini rədd etmişdi. Taylor isə keçən il edam edilmişdi.“Qafqazinfo” Geri dön |