Ana Sayfa > Karusel / Hadisə > Gəncədə yeniyetmə oğlan qonşusunun maşınını qaçırıb, qəza törətdi

Gəncədə yeniyetmə oğlan qonşusunun maşınını qaçırıb, qəza törətdi


14-06-2023, 10:30. Yazar: Xeberaz

Gəncədə yeniyetmə oğlan qonşusunun  maşınını qaçırıb, qəza törətdi


Gəncə şəhərində yeniyetmə qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib.

 şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı "VAZ-2107" markalı avtomobili qaçıraraq bir müddət idarə etmiş daha sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpıb.

Nəticədə F.Məmmədov hər iki diz, üz və dodaq nahiyəsinin əziyi xəsarəti alaraq uşaq xəstəxanasına yerləşdirilib.


Geri dön