Ana Sayfa > Karusel / Hadisə > Ağstafada qəribə hadisə: yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib

Ağstafada qəribə hadisə: yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib


11-06-2023, 10:48. Yazar: Xeberaz


Ağstafa rayonunda yeniyetmə oğlan intihara cəhd edib.

Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü A.Q özünü asaraq intihara cəhd edib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun yaxınları tərəfindən toya aparılmadığı üçün özünü asaraq intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Unikal"


Geri dön