Ana Sayfa > Karusel / Dünya / M2 > Tanınmış boksçu türk barında güllələndi

Tanınmış boksçu türk barında güllələndi


2-09-2015, 23:52. Yazar: Xeberaz
Tanınmış boksçu türk barında güllələndi

Almaniyanın Essen şəhərindəki türk barında atışma zamanı dörd güllə yarası alan tanınmış boksçu Manuel Çarr xəstəxanaya yerləşdirilib. İnsident sentyabrın 2-də gecə baş verib.

Suriya əsilli 30 yaşlı boksçu bardakı müştərilərdən biri ilə mübahisə edib, nəticədə atışma başlayıb. Təsdiqlənməmiş məlumata görə, boksçu qarın nahiyəsindən dörd güllə yarası alıb. Yerli KİV-dəki məlumatlara görə, Çarranı yaralan şəxs hadisə yerindən qaça bilib.

Hazırda xəstəxanada olan Çarra əməliyyat edilib. Həkimlər idmançının vəziyyətinin stabil olduğunu bildirirlər.
/Modern/
Geri dön