Ana Sayfa > Karusel / Hadisə > Sinif yoldaşları ilə çimməyə gedən yeniyetmə çayda boğuldu - YENİLƏNİB

Sinif yoldaşları ilə çimməyə gedən yeniyetmə çayda boğuldu - YENİLƏNİB


31-05-2023, 16:02. Yazar: Xeberaz



Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin kimliyi bəlli olub.

11 yaşlı Yusif Nuriyev çayda çimərkən dərinliyə düşüb.

Babasının sözlərinə görə, Yusif sinif yoldaşları ilə birlikdə çimməyə gedibmiş:

"Beş nəfər olublar. Yusif irəli gedib. Uşaqlar görüblər ki, batır, ağac uzadıblar, çatmayıb. Sinif yoldaşları da onu orada qoyub qaçıblar".

Hazırda Yusif Nuriyevin axtarışları davam etdirilir.

--------

11:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.




Geri dön