Ana Sayfa > Karusel / Şou-Biznes > Aysun: Başıma gələnlər məni qınayanların başına gəlsin

Aysun: Başıma gələnlər məni qınayanların başına gəlsin


30-05-2023, 11:03. Yazar: Xeberaz



Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilovla bağlı şərhi cavablandırıb.

 Aysun İsmayılova İnstaqramda bir istifadəçinin  "Ayıbdır, sanki acıq verirsiniz. Pis-yaxşı, həyat yoldaşınız olub" şərhinə "Mən öz iş-gücümdəyəm. Fikir verirsinizsə, ümumiyyətlə, bu haqda danışmamışam və danışmayacam. Ailə ilə gündəmə gəlmək kimə lazımdırsa, o danışır. Mənim ona ehtiyacım yoxdur. Belə də başıma gələnlər məni qınayanların başına gəlsin", - rəyini yazıb.

Qeyd edək ki, yaxın günlərdə Aysun İsmayılovanın şikayəti əsasında Eşqin Cəlilov 30 sutka inizbati qaydada həbs olunub. Daha sonra Aysun şikayət ərizəsini geri götürüb və E.Cəlilov azadlığa çıxıb.




Geri dön