Ana Sayfa > Karusel / Hadisə > Bakının mərkəzində qızın başına beton parçası düşdü

Bakının mərkəzində qızın başına beton parçası düşdü


24-05-2023, 12:04. Yazar: Xeberaz

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.



Geri dön