Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanlı kişilər belə tora düşür: TÜRKCƏ DANIŞAN QADINLAR...

Azərbaycanlı kişilər belə tora düşür: TÜRKCƏ DANIŞAN QADINLAR...


19-05-2023, 12:55. Yazar: Xeberaz




Son günlər Azərbaycanda kiber şantajın bir növü olan "Sextortion" halları yenidən artıb. 

Bunu texnoloq Fərid Pərdəşünas deyib.

O qeyd edib ki, bu, ailələrin dağılmasına, intiharlara səbəb olan təhlükəli hücum növlərindən biridir.

"Hücum zamanı türk dilində danışan xanımlar onlayn danışıqlar təşkil edərək, qarşı tərəfin intim hərəkətlər etməsini tələb edir. Bu hərəkətlər isə videogörüntü formasında qeydə alınır, daha sonra şantaja başlanılır. Xüsusilə mövzudan xəbərsiz olan və texnologiya ilə zəif davranış göstərən və təbii ki, hisslərinə məğlub olan şəxslər bu hücumun qurbanı olur. Lazım olan məbləğlər hər ay ödənilmədikdə, çəkilən videonuz bir-bir dostlarınıza göndərilir”, deyə ekspert qeyd edib.


 

qaynarinfo















Geri dön