Ana Sayfa > Karusel / Hadisə / Dünya > Bu ölkədə arıqlamayan polislər işdən azad ediləcək - SƏBƏB

Bu ölkədə arıqlamayan polislər işdən azad ediləcək - SƏBƏB


18-05-2023, 11:08. Yazar: Xeberaz

Hindistanın Assam əyalətinin polis qüvvələri arıqlamayan polislərin vəzifədən uzaqlaşdırılacağını açıqlayıb.

 Assam polis rəisi Gyanendra Pratap Singh avqust ayından etibarən polisin bədən kütləsi indeksinin (BMI) hesablanacağını bildirib.

Müvafiq olaraq, "obez” kateqoriyasına daxil olan dövlət qulluqçularına noyabr ayına qədər vaxt veriləcək, arıqlaya bilməyənlər isə işdən çıxarılacaq.

Müəyyən sağlamlıq problemləri olan polislərin bu tətbiqdən azad ediləcəyini ifadə edən Singh, BMI ölçmələrini verən ilk şəxs olacağını da ifadə edib.

Assamın Baş naziri Himanta Bisva Sarma da aprelin 30-da verdiyi açıqlamada əyalətdə xidmət edən 300-ə yaxın polis məmurunun "fiziki vəziyyətlərinin yaxşı olmadığı və həddindən artıq spirtli içki qəbul etdiyi" səbəbiylə təqaüdə göndəriləcəyini bildirib.
 



Geri dön