Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda ağır qəza - Qadın sürücü yaralandı, qızı öldü - FOTO

Azərbaycanda ağır qəza - Qadın sürücü yaralandı, qızı öldü - FOTO


13-05-2023, 08:49. Yazar: Xeberaz

#YOL QƏZASI

Hacıqabulda yol qəzası baş verib.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi "Hyundai" markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün 15 yaşlı qızı hadisə yerində ölüb. Sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Məqaləyə dair fotomateriallar:




Geri dön