Ana Sayfa > Karusel / Qoroskop > Bürclərin xoşbəxtlik və zənginlik kodu: Sehrli nömrələr açıqlandı

Bürclərin xoşbəxtlik və zənginlik kodu: Sehrli nömrələr açıqlandı


12-05-2023, 09:10. Yazar: Xeberaz



Numeroloqlar bildirir ki, hər bürcün özünəməxsus şans sayı var. Bu nömrələr onların xoşbəxt və zəngin olmasına kömək edir. 

Bürclərin özünəməxsus sehrli rəqəmlərini təqdim edirik: 

Qoç

Qoç bürcünün xoşbəxtlik sayı 4-dür. Bu, onlara harmoniya tapmağa, işdə uğur qazanmağa kömək edir. 4 rəqəmi bu bürcün nümayəndələrinə böyük uğurlar gətirə bilər.

Buğa

8 rəqəmi Buğa üçün ideal hesab olunur. Bu, onlara pul cəlb etməyə və misilsiz karyera yüksəkliklərinə çatmağa yardım edir. Buğalar öz mənzillərini, telefon nömrələrini və hətta avtomobillərini 8 nömrəli nişanla seçməlidirlər. Bununla onlar həyatlarına çoxlu xoşbəxtlik cəlb edəcəklər.

Əkizlər 

Əkizlər üçün uğur sayı 7-dir. Numeroloqlar deyirlər ki, yeddi bu bürcün nümayəndələrini çətinliklərdən qaçmağa kömək edir. Bu rəqəm çox vaxt Əkizlər üçün şans cazibəsi olur.

Xərçəng 

3 nömrə Xərçənglərə uğur və xoşbəxtlik gətirən saydır. Bu bürcün nümayəndələri zirvələrə asanlıqla çatırlar. Ancaq bəzən onlar dəstəyə ehtiyac duyurlar. Elə 3 rəqəmi də onların uğurlu saylarıdır. Bununla onlar məqsədlərini həyata keçirə bilərlər. 

Şir 

Numeroloqlar Şirlərin xoşbəxtlik sayının 1 olduğuna inanırlar. Bu, onlara insanlarla ümumi dil tapmağa və mürəkkəb problemləri həll etməyə kömək edir. 1 rəqəmi Şirlər üçün uğura yol açır. 

Qız 

Qızların xoşbəxtlik kodu 5 nömrədir. Qızlar tez-tez müəyyən sınaqlarla üzləşməli olurlar. Buna görə, nə isə seçərkən rəqəminə diqqət edilməlidir. Bu onlara bir çox cəhətdən kömək edəcəkdir.

Tərəzi 

6 rəqəmi Tərəzi bürcünə uğurlar gətirir. Numeroloqlar hesab edirlər ki, bu bürcün nümayəndələri tez-tez tarazlıq tapmağa çalışırlar, lakin onlar heç də həmişə vaxtında bir araya gəlib istədikləri tarazlığı tapa bilmirlər. Bu məsələdə 6 onların sehrli nömrələridir. 

Əqrəb 

2 rəqəmi Əqrəblər üçün ideal saydır. 2  bürcün nümayəndələrinə çoxlu şans gətirməyi bacarır. 

Oxatan 

Oxatanlar üçün zənginli sayı 9-dur. Numeroloqların fikrincə, bu rəqəmə tez-tez diqqət etsələr, oxatanların çoxlu pul qazanma şansları artar. Bundan əlavə, doqquz Oxatanlara həyatlarındakı sevgini tapmağa da kömək edə bilər. 

Oğlaq 

Oğlaqlar əgər bir rəqəm seçəcəklərsə, bu mütləq 4 olmalıdır. Çünki onların uğurlu sayı 4-dür. Bu nömrə oğlaqlar üçün yeni imkanlar açmağa və həyata müsbət enerji cəlb etməyə qadirdir. Dörd Oğlaqlara özlərində yeni istedadlar kəşf etməyə kömək edəcək.

Dolça 

Dolçaların şans rəqəmi 5-dir.  Bu say Dolçaların həyatına inam cəlb etməyi bacarır. Bəzən Dolçalar üçün mübarizə aparmaq çətin olur. 5 onları bu çətinliyi dəf etmək üçün çox kömək olacaq. 

Balıq

Balıqların uğur sayı 7-dir. Normalda da 7 həmişə uğur sayı adlanır. Amma balıqlar üçün bu ultra şans gətirir. Bu rəqəm bu bürcün nümayəndələrinə yüksəkliklərə çatmağa və bütün arzularını gerçəkləşdirməyə kömək edir.



Geri dön