Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Naxçıvanda tövlə qadağası

Naxçıvanda tövlə qadağası


2-09-2015, 00:15. Yazar: Xeberaz
Naxçıvanda tövlə qadağası
Naxçıvanda tövlə qadağası Bölmə : CəmiyyətYayım tarixi : 1/9/2015 [16:55]Baxılıb : 4541 dəfəPaylaş: Font ölçüsü : a a a a a
Naxçıvan Muxtar Respublikasında tövlələrin söküntüsünə başlanılıb.

Bu barədə məlumatı musavat.com-a yerli sakinlər veriblər. Məlumata görə, artıq Muxtar Respublikanın bütün rayonlarında tövlələrin söküntüsü sürətlə aparılır.

Yol kənarlarında və sakinlərin həyətyanı sahələrindən kənarda olan bütün tövlələr sökülür. Yerli icra orqanlarının nümayəndələri sakinlərə bu vəziyyəti Muxtar Respublikada aparılan abadlıq işlərinin bir hissəsi kimi izah ediblər.

Artıq Şərur, Ordubad, Şahbuz, Culfa və Sədərəkdə söküntü işləri aparılıb və xeyli sayda tövlə sökülüb. Tövlələri sökülən sakinlərə öz həyətyanı sahələrində yeni tövlə tikmək məsləhət görülüb.

Xatırladaq ki, Naxçıvan ilk dəfə deyil ki, belə ümumi qadağalarla gündəmə gəlir. Bir müddət əvvəl Muxtar Respublikanın rayonlarında təndirlər kütləvi şəkildə sökülmüşdü.

Ondan əvvəl isə kəndlərdə olan kiçik mağazalar da bağlanmışdı. Bunlar da Muxtar Respublikada aparılan abadlıq və quruculuq işlərinin bir hissəsi kimi həyata keçirilirdi.
Geri dön