Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Bizə səs verin ki, zina cinayət sayılsın - Erbakanın oğlu

Bizə səs verin ki, zina cinayət sayılsın - Erbakanın oğlu


5-05-2023, 12:40. Yazar: Xeberaz
Bizə səs verin ki, zina cinayət sayılsın - Erbakanın oğlu (FOTO)Türkiyədə hakim "Cümhur İttifaqı"na daxil olan Yenidən Rifah Partiyasının (YRP) sədri Fatih Erbakan qəribə seçki vədi ilə gündəmə gəlib.O, tviter səhifəsində bu barədə paylaşım edib.

 

Təbliğat-təşviqat məqsədilə paylaşılan postertərlərdən birində zina ilə bağlı vəd əksini tapıb. Belə ki, siyasətçi dindar kəsimə xitab edərək zinanın cinayət sayılması üçün partiyaya səs verməyə çağırış edib.

 

Qeyd edək ki, "Millət İttifaqı"na daxil olan Səadət Partiyasından qopmuş YRP prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir, lakin parlament seçkilərinə "Cümhur İttifaqı" çərçivəsində müstəqil olaraq ayrıca proporsional siyahı ilə gedir.

 

Partiya tez-tez sekulyar quruluşun əleyhinə çıxmaqda tənqid olunur.


Geri dön