Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > İŞİD hücuma keçdi: 12 hərbçi öldürüldü

İŞİD hücuma keçdi: 12 hərbçi öldürüldü


1-09-2015, 23:53. Yazar: Xeberaz
İŞİD hücuma keçdi: 12 hərbçi öldürüldü

İŞİD terrorçuları İraqın Ənbar vilayətinin Haditha qəsəbəsinə hücum edib.

İraq ordusu ilə yaranan qarşıdurmada 12 hərbçi həlak olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, terrorçular hərbçiləri iri çaplı silahlardan atəşə tutublar.

Bu arada koalisiya qüvvələri İŞİD-ə qarşı hava əməliyyatlarını davam etdirib. Verilən məlumata görə, son hücumda terrorçulara məxsus 6 avtomobil və 13 yaraqlı məhv edilib.

Geri dön