Ana Sayfa > Karusel / Gündəm > Mayda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

Mayda bu tarixlərdə iş olmayacaq - TƏQVİM


26-04-2023, 11:18. Yazar: Xeberaz



Mayda 10 gün iş olmayacaq.

Xeberaz.Az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.

Belə ki, gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür.

2023-сü ildə mayın 28-i bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 29 may da istirahət günüdür.


Beləliklə mayda şənbə və bazar günləri də daxil olmaqla 10 gün qeyri-iş günü olacaq.




Geri dön