Ana Sayfa > Karusel / Şou-Biznes > "Söz vermişdi ki, üçümüz Məkkəyə gedəcəyik, amma..." - Tünzalə Əliyevanın həyat yoldaşı

"Söz vermişdi ki, üçümüz Məkkəyə gedəcəyik, amma..." - Tünzalə Əliyevanın həyat yoldaşı


22-04-2023, 10:17. Yazar: Xeberaz

"Salam deyib, həyatıma gəldin, sağ ol deyib getdin. Gəlişin də, gedişin də həyatımı dəyişdi, ay Tünzalə".


Bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sənətçinin instaqram hesabında yazıb. 


"Ömrüm-günüm, dünya, axirət həyat yoldaşım. Bu gün bayram günüdür. Keçən bayram nə gözəl idi, evimiz sən idin. İndi Zəhramla tək oturmuşuq. Eynən sənin kmi şükür edirik. Söhbət edirik. Deyirdim, Tünzalə, elə bilirsən insanlar səni tək istedadına görə sevir? Soruşurdu ki, tək o deyil? Deyirdim ki, əlbəttə o da var. Amma həm də sənin əxlaqlı, yardımsevər, gözəl və səmimi insan olduğun üçün sevirlər. Gözləri dolurdu və deyirdi ki, doğrudan? Mənim əxlaqlı həyat yoldaşım. Söz vermişdi ki, üçümüz Məkkəyə gedəcəyik. Amma olmadı. Sənə söz verirəm, Zəhramı o müqəddəs torpaqlara aparacağam" deyə, Röyal yazıb.


Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.


Geri dön